пятница, 1 февраля 2019 г.

Açıq-aşkar.

Uçub yenə dəli ruhum, edir soraq açıq-aşkar.
Olub əsir sənə neynək, xəyal quraq açıq-aşkar.

Məhəbbətin kitabın aç, varaqlayaq onu birgə,
Sətir-sətir oxuyaq biz, sözün yoraq açıq-aşkar. 

Səninlə biz iki sahil axır zaman aramızdan,
Qalaq-qalaq yığılıb buz, ərit qıraq açıq-aşkar.

Niyət edib sənə döndüm, üzün olub mənə qiblə,
Pozulmasın sənə sevdam, sabit duraq açıq-aşkar. 


Yanır yanaq səni görcək, əsir dodaq desəm ismin,
Görən məni bu halımda, edir maraq açıq-aşkar.

Divar hörür aramızda, zaman aşıb gələn izlər,
Kor adətin uca səddin, keçib, yaraq açıq-aşkar.

Mən aşiqin dərin ümman, üzümdə əks olan aysan,
Sözün deyər sənə Aytən varaq-varaq, açıq-aşkar.

Комментариев нет:

Отправить комментарий