вторник, 4 апреля 2017 г.

Zanqeyarım

Faiq Ağayev

Əziz Dostlar!
Böyük fəxrlhə diqqətinizə ifamda “Zanqeyarım” adlı Talış xalq mahnısının promo-versiyasını təqdim edirəm.
Bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim etmişdir.
"Zanqeyarım" xalq mahnısı talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini subut edir.
Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.
"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilmişdi. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var.
Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo etmişdir.
Yaxın günlərdə mahnının bütöv versiyası radiolarda yayınlamağa başlayacaq.
Sayqılarımla,
Xalq Artisti Faiq Ağayev.

Azərbaycan mətni: Vahid Əziz
Aranjeman: Cavid Şirinov
Post-production & Mastering: Givi Usenaşvili



                                                  

Комментариев нет:

Отправить комментарий