четверг, 10 мая 2018 г.

Gözəlim

Niyə sən incimisən yenə məndən gözəlim,
Keçə bilməz bu ürək qəti səndən gözəlim.
Hələ xoşdur əzabın onu bir-bir yığıram,
Tökürəm hər birini telə dən-dən gözəlim.
Etibarın axı heçdə gülüm qırmamışam,
Yetər əl çək bu qədər suyi-zəndən gözəlim.
Dedi mənsiz keçəcək bu həyat qorxudaraq,
Sənin işvən çıxarır ruhu təndən gözəlim.
Açıq-aşkar boğular belə sevgi yaşasaq,
Çıxaraq eşqimizi qatı çəndən gözəlim.
Susub Aytən nə desin o gözəl nazlı gülə,
Onu gəl etmə qərib bu vətəndən gözəlim.

Комментариев нет:

Отправить комментарий