YA HƏBİB
Gər şəfaət etməsən nirandı bil ünvanımız.
Ya Həbib, qəm salmışıq qəlbinə yox ğufranımız,
Ta qiyamət ağlarıq, dinməz bizim əfğanımız.
Ta qiyamət ağlarıq, dinməz bizim əfğanımız.
Söylədin qardaşınıq, tutdun səhabəndən uca,
Sirətindən ayrıyıq, yaddan çıxıb peymanımız.
Sirətindən ayrıyıq, yaddan çıxıb peymanımız.
İstəməzdi Tanrı səndən İsmaillər bəlkədə,
Qövmü İbrahim qədər olsa idi imanımız.
Qövmü İbrahim qədər olsa idi imanımız.
Yoxdu üz Yövmülhesab səndən şəfaət istəyək,
Günbəgün artırmışıq sel tək daşır nöqsanımız.
Olmasaydıq səngidıl çəkməz idin bunca cəfa,Günbəgün artırmışıq sel tək daşır nöqsanımız.
Gər şəfaət etməsən nirandı bil ünvanımız.
Xilqətindəndir olar nurunla zahir zərrələr,
Çün olar sənsiz dəmi zülmətlə yeksan canımız.
Çün olar sənsiz dəmi zülmətlə yeksan canımız.
Gərçi ərbabi-qələm acizdi vəsfin eyləyə,
Bitməyən eşqinlə başlar həm bitər dastanımız.
Bitməyən eşqinlə başlar həm bitər dastanımız.
Aytənin mövlasısan adın həyatımda rədif,
Dərzəman qədrin bilək, artar yəqin irfanımız.
Dərzəman qədrin bilək, artar yəqin irfanımız.
Aytən Eyvazon /2017.11.17/
Комментариев нет:
Отправить комментарий