
Bitməyən dastan nədir bir sən bilirsən bir də mən.
Dinmədən, usanmadan yol eyləyir qəlbimdə eşq,
Getdiyi ünvan nədir bir sən bilirsən bir də mən.
Qəmlənib bir cüt buludum, yadıma sən düşmüsən,
Çeşmidən leysan nədir bir sən bilirsən bir də mən.
Həm yaratdıq, həm inandıq sevgidən biz ilğıma,
Sevgilim pünhan nədir bir sən bilirsən bir də mən.
Tək donan pərvanətək axtarmışam şəm atəşin,
Can nədir canan nədir bir sən bilirsən bir də mən.
Əksini çox görməyimçün güzgülər sındırmışam,
Gördüyüm viranədir bir sən bilirsən bir də mən.
Yazılıbdır çox qəzəllər Aytənin sevdasına,
Eşqidən divanədir bir sən bilirsən bir də mən.
Комментариев нет:
Отправить комментарий